13 Yanvar 2019 21:30
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uqandanın Pakvaç dairəsində qoşqusunda təxminən 30 nəfərin olduğu yük maşını qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində azı 14 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Yaralananlar xəstəxanalara yerləşdirilib.

Məlumata əsasən, ölənlərin sayı arta bilər, çünki xəsarət alanların əksəriyyətinin vəziyyəti ağırdır.

Bildirilir ki, qəza yük maşının sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər