13 Yanvar 2019 22:58
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının protokollarını açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, Tramp "Fox News" telekanalına müsahibəsində bildirib ki, protokolları açıqlamaqdan ehtiyat etmir.

“Bunu edəcəyəm, vecimə də deyil”, - deyə o vurğulayıb.

Tramp əlavə edib ki, 2017-ci ilin yayında Hamburqda Putinlə əla söhbəti olub. Söhbət zamanı Suriyadakı durum və digər məsələlər müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər