16 Yanvar 2019 13:40
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ingiliscə yayımlanan Press TV-nin aparıcısı Mərziyə Haşimi ABŞ-da saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Haşimi ailəsini ziyarət etmək üçün getdiyi Missouri əyalətinin St. Louis yaşayış məntəqəsində həbs edilib.

Məlumata görə, bazar günü jurnalist həmin ərazidəki Lambert hava limanında saxlanılıb.

Ona qarşı heç bir rəsmi ittiham irəli sürülməsə də Federal Təhqiqatlar Bürosu tərəfindən Vaşinqtondakı saxlama məntəqəsinə gətirilib.


Müəllif: Cavad