17 Yanvar 2019 07:54
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov prezidentliyə namizədlik üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.

MSK beş gün müddətinə R.Nəsirovun müraciətinə baxacaq.

Qeyd edək ki, Ukraynada seçki kampaniyası dekabrın 31-də başlayıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər