21 Yanvar 2019 18:55
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən Səhiyyə Nazirliyi bəyanat yayaraq, bu ölkədə baş verənlərə susqunluğuna görə BMT-yə etiraz edib.

Teleqraf.com xəbər verir ki, nazirlik BMT və beynəlxalq ictimaiyyəti Yəməndə köməksiz qalmış insanlara yardım etməyə çağırıb.

Qeyd edək ki, dünən Yəməndə hökumət qüvvələri və üsyançılar arasında baş vermiş döyüşlərdə 3 nəfər həlak olub.

Yəmən Səhiyyə Nazirliyi bəyanat yayaraq, baş verənlərə görə hökuməti ittiham edib.

Bəyanatda bildirilib ki, BMT və qurumun bölgədəki nümayəndəliyi 4 ildir soyqırıma məruz qalan 30 milyon insana görə məsuliyyət daşıyır:

“Bu cinayətlərin qarşısında səssiz qalmaq utancvericidir. Beynəlxalq təşkilatlar məzlum Yəmən xalqı qarşısındakı məsuliyyətlərini yerinə yetirməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər