24 Yanvar 2019 11:09
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani saxlandığı təcridxanada aclıq aksiyasına başlayıb.

Teleqraf.com xəbər verir ki, yaxınları siyasi məhbusun iki gün əvvəl aclıq aksiyasına başladığını bildiriblər.

Qeyd edək ki, Abbas Lisani bundan əvvəl aclıq aksiyasına başlayacağını açıqlamışdı.

O, bu addımını yemək vasitəsi ilə zəhərlənmə və özünə qarşı sui-qəsd ehtimalı ilə izah edib.

Əlavə edək ki, azərbaycanlı fəal yanvarın 15-də məhkəmə prosesi başa çatdıqdan sonra İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Abbas Lisaniyə saxlandığı gündən yaxınları ilə görüşmək, telefon əlaqəsi saxlamaq icazəsi verilməyib.

Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər