24 Yanvar 2019 14:31
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kalaşnikov” konserni Ermənistana 50 yeni AK-12 modeli satır.

Teleqraf.com “Kommersant”a istinadla xəbər verir ki, bu barədə konsernin marketinq üzrə direktoru Vladimir Dmitriyev məlumat yayıb.

Onun sözlərinə görə, artıq müqavilə imzalanıb və hələlik kiçik partiya silah hazırlanır: “Onlar baxıb yoxlayacaqlar və ümid edirik, almağa davam edəcəklər”.

Vladimir Dmitriyev onu da vurğulayıb ki, Ermənistan “Kalaşnikov”un AK-12 modelini alan ilk xarici ölkə olacaq.


Müəllif: Nərgiz

Oxşar xəbərlər