25 Yanvar 2019 11:06
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışıqlarının detallarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, telefon danışığı iki gün əvvəl baş tutub.

Bolton Paşinyanı baş nazir təyin edilməsi münasibəti ilə təbrik etdiyini bildirib: “Eyni zamanda, Ermənistan üçün gördüyü işlərə görə ona dəstəyimizi diqqətə çatdırdım”.

Qeyd edək ki, Con Bolton bundan əvvəl Paşinyana müraciət edərək, Rusiya ilə münasibətlərə yenidən nəzərdən keçirməyə çağırmışdı. Bu, rəsmi Moskvanın etirazına səbəb olmuşdu.

Moskva bəyanat yayaraq rəsmi Vaşinqtonu Ermənistanın daxili işlərinə qarışmaqda ittiham etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər