25 Yanvar 2019 15:00
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman polisi nasist Almaniya lideri Adolf Hitlerə məxsus olduğu iddia edilən 3 ədəd sulu boya ilə çəkilən rəsm əsərini müsadirə edib.

Teleqraf.com xəbər verir ki, polis tərəfindən müsadirə edilən rəsm əsərlərinin Berlindəki Kloss muzeyində satışa çıxarılması gözlənilirmiş.

İddiaya görə, sözügedən rəsm əsərlərini Hitler XX əsrin əvvəllərində Münhen şəhərində rəssamlıq etdiyi dövrdə çəkib. Rəsm əsərlərində axar çay və ağaclar gözə çarpır.

Polis əməliyyatı “saxtakarlıq” və “fırıldaqçılıq” iddiası əsasında həyata keçirib. Ehtimal olunur ki, əsərlərin Adolfa aidiyyəti yoxdur, sadəcə, pul qazanmaq üçün belə bir saxta iddia ortaya atılıb.

Tablolarda Hitlerin imzası olduğu üçün xüsusi diqqəti cəlb edib. Saxtakarlar əsərləri 4 min avrodan hərraca çıxarmaq niyyətində olub.

Berlin polisi qeyd edib ki, tabloların Adolf Hitlerə məxsus olub-olmadığını araşdıracaq.

Kloss muzeyinin nümayəndəsi Heinz-Cohim Maeder isə deyib ki, belə bir mənzərəli tablonu 100 rəssamdan doxsanı daha gözəl çəkə bilərdi. O, əlavə edib ki, bu əsərlərə olan maraq daha çox onun altındakı imza ilə əlaqəlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər