25 Yanvar 2019 18:36
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində terrorçu Mixail Avakyana abidə qoyulması ilə bağlı Gürcüstan Parlamentinin azərbaycanlı deputatı, “Gürcü Arzusu” fraksiyasının üzvü Savalan Mirzəyev açıqlama verib”.

Teleqraf.com xəbər verir ki, o, terrorçuya abidənin qoyulmasına etiraz edib.

Savalan Mirzəyev hesab edir ki, müəyyən qüvvələr bununla Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar:

“Torpaqları işğal altında olan və separatçılıqdan əziyyət çəkən Gürcüstan hec bir zaman separatizmi dəstəkləməyib. Mən bu hadisəni Azərbaycana qarşı yox, ilk növbədə Gürcüstana qarşı atılan bir təxribat addımı kimi qəbul edirəm.

Çünki bələdiyyə səviyyəsində verilən bu qərar nə hakimiyyətin, nə də Gürcüstan dövlətinin qərarı deyil. Baş verən hadisəni pisləyirəm və qınayıram, bu cür təxribatların qarşısının alınacağına inanıram”.

Qeyd edək ki, rəsmi Bakı Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avakyanın büstünün qoyulması ilə bağlı Gürcüstan tərəfinə etirazını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər