25 Yanvar 2019 23:45
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyanın şimalında bufer zonası yaratması üçün Əsəd hökumətilə anlaşma əldə etməsini vacib sayıb.

Teleqraf.com xəbər verir ki, Mərakeşdə brifinqdə çıxış edən Lavrov bu məsələdə Ankaranın ilk növbədə Dəməşqlə anlaşma əldə etməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, Moskva və Ankara Suriya ərazi bütövlüyünün bərpasında maraqlıdır.

“Bu məsələdə Rusiya Dəməşqlə Ankara arasında imzalanan Adan sazişinin qüvvədə qalmasına istinad edir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin kürdlərin nəzarətində olan Kobani, Tal, Abyad və Qamışlı şəhərlərini əhatə edəcək təhlükəsizlik zonasını yaratmaq niyyətində olduğunu açıqlayıb. O, Türkiyənin bu məsələdə tərəfdaş ölkələrdən “loqistik dəstək” gözlədiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər