26 Yanvar 2019 01:35
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında demokratlarla razılaşmanın əldə olunduğunu və şatdaunun başa çatdığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, Tramp dövlət qurumlarının yenidən işi bərpa edəcəklərini bildirib.

Onun sözlərinə görə, razılaşma 3 həftə üçün nəzərdə tutulub və hökümət 15 fevrala qədər çalışacaq.

Xatırladaq ki, ən uzunmüddətli şatdaun artıq 34 gündür ki, davam edir. 800 minə yaxın dövlət qulluçusu maaşsız qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər