27 Yanvar 2019 14:44
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada "sarı jiletlilər" hərəkatının liderlərindən olan Maksim Nikol polis tərəfindən saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Nikolun Bordo şəhərində keçirilən aksiyalar zamanı polisin xəbərdarlığına məhəl qoymayaraq insanları etiraza davam etdirməyə çağırmasıdır.

Maksim Nikol saxlanılmadan əvvəl jurnalistlərə verdiyi açıqlamada “"Sarı jiletlilər" hərəkatının bitdiyini deyənlər diqqətlə baxsın. Yanvar ayıdır və biz hələ buradayıq. Aksiyalar gərəkdiyi qədər davam edəcək” deyib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlilər" adlandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər