28 Yanvar 2019 10:25
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

“72 saat ərzində Gürcüstanda kəskin dəyişiklik edə bilərəm, buna gücüm çatar”.

Teleqraf.com xəbər verir ki, bunu “Rustavi 2” telekanalına müsahibəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Siyasətçi bildirib ki, üç gün ərzində Gürcüstanın iqtidar partiyasını Gürcü Arzusunun sədri Bidzina İvanişvilini əbədi olaraq yox edə bilər:

“Gürcüstan müxalifəti və müttəfiqlərim mənə ölkəmdə 72 saat sərbəst hərəkət imkanı yaratsa, öz vətənimə qayıda biləcəyəm. Bu, sülhyaratma ssenarisi olardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər