28 Yanvar 2019 14:19
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Taliban arasında sülh müzakirələrinin bu il fevralın 25-də başlaması haqqında razılaşma əldə edilib.

Teleqraf.com-un məlumatına görə, Qətər Xarici İşlər Nazirliyinin rəsmisi “Röyter” Agentliyinə deyib ki, ABŞ və Taliban nümayəndələri yenidən görüşmək haqqında razılığa gəliblər.

ABŞ-ın Əfqanıstandakı xüsusi təmsilçisi Zalmay Xəlilzad cümə günü verdiyi açıqlamada Dohada 6 gün olduğunu və buradan müzakirələr üçün Əfqanıstana gedəcəyini bildirib.

Dohada Taliban təmsilçiləri ilə görüşlər keçirdiklərini qeyd edən xüsusi elçi əlavə edib ki, qısa müddət sonra müzakirələr davam etdiriləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər