29 Yanvar 2019 11:49
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda keçmiş deputatın restoranında silahlı qarşıdurma baş verib. Ölən və yaralananlar var.

Teleqraf.com xəbər verir ki, olay Məlik Manukyanın “Partez” restoranlar kompleksində baş verib.

Hadisə baş verdikdən sonra restoranda çoxlu sayda sursat, “Makarov” və “TT” tapançaları aşkar edilib.

Ölən və 8 zərərçəkənin şəxsiyyəti müəyyənləşdirilib.

Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb.

İddiaya görə, ölən sabiq deputatın qohumdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər