30 Yanvar 2019 12:13
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Qaraçay-Çərkəz Respublikasını təmsil edən üzv (senator) Rauf Araşukov bu gün Federasiya Şurasının iclası zamanı zalda həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a yuxarı palatanın iclasında iştirak edən şəxs məlumat verib.

“Qaraçay-Çərkəzdən olan senatorun axtarışa verilməsinə və həbsinə razılıq verilmişdi. O, saxlanıldı və zaldan çıxarıldı”, – deyə agentliyin həmsöhbəti bildirib.

32 yaşlı deputatın həbsindən əvvəl Federasiya Şurasının plenar iclas zalı gözlənilmədən mətbuat üçün bağlanıb. Federal Mühafizə Xidmətinin əməkdaşları isə zalın giriş-çıxışını bloklayıblar.

Qeyd edək ki, senatorun adı “Adıge-Xase” Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlində hallanır. A.Jurkov 2010-cu ilin martında yaşadığı evin qarşısında güllələnib. R.Araşukov gənclər hərəkatı sədrinin qətlində əlinin olması ittihamını rədd edir. Həbs edilən senator təbii qaz sənayesinin tanınmış sahibkarı Raul Araşukovun oğuludur.


Müəllif: Səxavət

Oxşar xəbərlər