30 Yanvar 2019 13:51
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Ağ Evi ziyarət edən şəxslərə yemək otağını göstərərək, “Obama bütün günü burada əyləşib basketbol izləyirdi”, deyərək şər atır.

Teleqraf.com xəbər verir ki, “Vaşinqton Post” qəzeti Donald Trampın Ağ Evdə davranışına dair yeni iddialarla çıxış edib.

Qəzetə danışan və adının açıqlanmasını istəməyən Ağ Ev əməkdaşı deyib ki, Tramp administrasiyaya gələn ziyarətçilərə yemək otağını göstərərək deyir ki, Obama bütün günü burada əyləşib basketbola baxırmış. Tramp ziyarətçilərə həmçinin bildirib ki, Ağ Evə köçdükdən sonra yemək otağı “pis vəziyyətdə olub”, hətta onun divarında “dəlik də” olub.

Obama dövründən Ağ Evdə çalışan şəxs isə Trampın bu iradlarının yalan olduğunu deyib. Barak Obamanın çox nadir hallarda yemək otağından iş məqsədilə istifadə etdiyini deyən Ağ Ev rəsmisi onun otaqda heç zaman basketbola baxmadığını bildirib. Həmçinin əlavə edib ki, yemək otağında heç vaxt “dəlik” olmayıb.

“Vaşinqton Post” isə digər mənbələrinə istinadən əlavə edib ki, Tramp Ağ Evdə hamam və ofislərdəki ayaqyolundan da şikayətçi olduğunu deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər