Rusiya qoşunlarının Ukraynaya soxulmasına etiraz etmək məqsədilə Kreml divarları yaxınlığnda aksiya keçirilir.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bir nəfər aksiya iştirakçısı əlində "Stop Putin = No war" yazılmış plakat tutub.
"Mən səhər saat 11-də buradayam. Rusiyalıların çoxu mənimlə həmrəy olduqlarını bildirir. Amma onlar bu aksiyaya qatıla bilmirlər, çünki anlayırlar ki, aksiyaya qatılsalar həbs ediləcəklər", - aksiya keçirən moskvalı İlya bildirib.
O, deyib ki, Ukrayna ilə müharibənin əleyhinə çıxan bir nəfər səhər polislər tərəfindən həbs edilib. O, həmçinin bildirib ki, Rusiyada çoxları Putinin Ukrayna əsgərlərini öldürmək üçün rus qoşunlarını oraya göndərməsindən xəbərsizdirlər.
Nihad