30 Yanvar 2019 20:59
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki uşaq anası 40 yaşlı Elizabet Barr bir gənc oğlanla əylənməyə qərar verərkən ağlına belə gətirməmişdi ki, həbsə düşəcək.

Teleqraf.com xəbər verir ki, Elizabetin başına gələn hadisə Şotlandiyanın Qlazqo şəhərində baş verib.

“Mirror” nəşrinin yazdığına görə, şotland qadın 27 yaşlı gənclə hadisənin baş verəcəyi andan bir neçə saat əvvəl tanış olmuşdu.

Şəhərdə birlikdə əylənən cütlük Qlazqo ətrafındakı mənzillərdən birində ziyafətə dəvət alırlar. Kef gecəsi Elzabetin yeni tapdığı “dost”unun yaxınları tərəfindən təşkil edilmişdi.

Elizabet çox yorğun olduğundan qonşu otaqdakı divanda yatmaq qərarına gəlir. Fikirləşir ki, dincini aldıqdan sonra yenidən məclisə qoşular.

Gənclər öz aləmində idi, kimi içki içir, kimi rəqs edir, kimi isə… Bir sözlə, hər kəs özü üçün əylənirdi.
Gənc oğlan yaranmış səs-küydən istifadə edərək sakintcə qonşu otağa keçir və ona təcavüz edir. 40 yaşlı qadın isə bərk yatmışdı…

Elizabet yuxudan durarkən əvvəlcə heç nə hiss etmədi, lakin sonar məlum oldu ki, ürək qızdırdığı “dost”u tərəfindən dəfələrlə zorlanıb.

Vəziyyəti belə görən tənha qadın birbaşa polis idarəsin üz tutur və hadisəni olduğu kimi danışır.
Lakin həmin gün otaqda olan qızlardan biri ifadəsində zorlanma hadisəsinin şahidi olmadığın, buna baxmayaraq Elizabetin yuxudan durandan sonra göz yaşları tökdüyünü bildirir.

Gənc oğlan isə təkid edir ki, heç də hadisə Elzabetin dediyi kimi olmayıb, sadəcə o, özü bunu istəyib. Yəni münasibətləri qarşılıqlı istək müqabilində olub. Hətta Elzabetin onu şərlədiyini də sözlərinə əlavə edir və bu şəkildə qarşı tərəfə iddia qaldırır.

Hüquq-mühafizə orqanlarına zorlandığını sübut edə bilməyən zavallı xanım qarşı tərəfə böhtan atdığına görə həbsdə saxlanılır.

Məlumata görə, cinsi cinayətkarların reyestrinə daxil edilən qadın hələ də ona qarşı irəli sürülən ittihamın yalan olduğunu sübuta yetirə bilməyib.

Faktla bağlı istintaq işi aparılsa da Elzabet həbsxanadadır.
Qeyd edək ki, araşdırma hazırda Qlazqo Şerif Məhkəməsi tərəfindən həyata keçirilir.


Müəllif: Rəsul

Oxşar xəbərlər