1 Fevral 2019 11:02
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə Meksika ilə sərhədə daha 3500 hərbçi göndərib.

Teleqraf.com CNN televiziya kanalına istinadən bildirir ki, bundan əvvəl Meksika ilə sərhədə 2300 əsgər göndərilib.

Hazırda ABŞ-ın Meksika ilə sərhədində 5800 hərbçi var.

Prezident Donald Tramp Tvitter hesabında bəyan edib ki, sərhədə daha çox əsgər göndərəcək:

“Ölkəmizə böyük karvanlarla qanunsuz daxil olmaqlarını dayandırmaq üçün cənub sərhədlərimizə daha çox əsgər göndərilir. Bundan əvvəlki köç karvanlarını dayandırdıq, yeni karvanları da dayandıracağıq. Hasar vasitəsilə bunun qarşısını almaq daha asan və ucuz olacaq”.

Qeyd edək ki, ABŞ müdafiə nazirinin müavini Con Rood Təmsilçilər Məclisinin Silahlı Xidmətlər Komitəsinin toplantısında iştirak edərkən bəyan etmişdi ki, 12 mindən çox qaçqının olduğu ehtimal edilən iki böyük köç karvanı ABŞ-a doğru gəlir.


Müəllif: Cavad

Oxşar xəbərlər