Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdə deyib:
“Amerikalı tərəfdaşlarımız müqavilədə iştiraklarını dayandırdıqlarını açıqladılar. Biz də dayandırırıq. Onlar bunu təcrübə-konstruksiya işləri aparmaqla izah etdilər. Biz də bunu edəcəyik”.
Görüş zamanı S.Şoyqu “Kalibrov” raketinin bazası əsasında orta mənzilli hipersəsli yeni raketin hazırlanması üzərində işə başlanmasına dair təkliflə çıxış edib. V.Putin bu təkliflə razılaşdığını açıqlayıb:
“Müdafiə Nazirliyinin təklifləri əsasında yeni orta mənzilli raketin hazırlanmasına dair təkliflə razıyam”.
Bununla belə o, ölkəsinin silahlanma yarışına çıxmayacağını vurğulayıb.
Rusiya lideri, həmçinin bundan sonra silahsızlaşdırma məsələsində ABŞ-la danışıqlara təşəbbüs göstərilməməsini tələb edib.
***
13:21
ABŞ-ın Yaxın və Orta Mənzilli Raketlərin Qadağan Olunması üzrə Müqavilədən çıxmasına analoji cavab verəcəyik – Rusiya müqavilədə iştirakını dayandırır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdə bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsini bu gündən etibarən müqavilədə iştirakını dayandırdığını açıqlayıb.