“SU-30SM” hava döyüşlərində üstünlüyü ələ almaq üçün və uzun məsafəli hücumlardan ötrü nəzərdə tutulmuş döyüş təyyarələridir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.
Ekspert Rusiya istehsalı olan bu döyüş təyyarələrindən Ermənistana 4 ədəd satıldığını bildirib və qeyd edib ki, texnika 1 ildən sonra qarşı tərəfə təslim ediləcək.
Onun sözlərinə görə, Ermənistanın bu qırıcılardan kimə qarşı istifadə etmək istədiyi məlumdur: “Çox variant yoxdur, o ya Azərbaycandır, ya da Türkiyə… Amma Ermənistanın Türkiyəyə qarşı rəqabət aparmaq imkanı yoxdur. Əgər türklər amerikalıların “F-35” qırıcılarına sahib olubsa, belə təsəvvür etmək olar ki, ermənilər bir tankın qarşısına ov tüfəngi ilə çıxıblar”.
Pavel Felgenhauer qeyd edib ki, Bakı da çox şey ala bilər: “Azərbaycan Ermənistana cavab vermək üçün böyük imkanlara malikdir. Bu məqsədlə uzun müddətdir ki, Rusiya, Türkiyə və İsraildən silahlar alır. Məsələn, Rusiya Azərbaycana da “SU-30SM” qırıcıları sata bilər”.
Qeyd edək ki, rəsmi Moskva və İrəvan gələn il təqdim olunacaq çoxfunksiyalı “SU-30SM” döyüş təyyarələrinin alınması üçün müqavilə imzalayıb.