29 Avqust 2014 11:50
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Artik şəhərinin polis rəisi Tiqran Petrosyan orduya yardım adı altında külli miqdarda ərzaq və siqaret məhsullarını mənimsəyib.


Ermənistanda nəşr olunan “Joxovurd” qəzetinə istinadən verilən xəbərə görə, polis rəisi yerli sakinləri və mağaza sahiblərini döyüş növbəsində dayanan hərbçilər üçün ərzaq və siqaret toplamağa çağırıb.


T. Petrosyan bildirib ki, toplanan ərzaq və siqaret məhsullarını cəbhə xəttində qulluq edən hərbçilərə şəxsən özü çatdıracaq. Lakin sonradan məlum olub ki, polis rəisi yığılan ərzaq və siqareti heç yerə göndərməyib və mənimsəyib.


Polis rəisi isə qəzetin sorğusuna cavabında hadisə baş verən vaxt məzuniyyətdə olduğunu deyib və digər sualları cavablandırmaqdan imtina edib.

/APA/


Müəllif:

Oxşar xəbərlər