İranın Sistan və Bəlucistan əyalətində polis bölmələri odlu silahlardan atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətlərinin polis rəisi Məhəmməd Qənbəri məlumat verib.
Məlumata görə, gecə saatlarında bir neçə naməlum silahlı şəxs əyalətin Zahidan və Sərbaz rayonlarında yerləşən polis idarələrini atəşə tutub. Polislə bir müddət qarşıdurmadan sonra onlar hadisə yerindən uzaqlaşıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu hadisələrdən bir neçə saat sonra isə əyalətin Cəkiqur bölgəsində naməlum silahlılar pentensiar xidmətin məhkum daşıyan kortejini atəşə tutublar.
Bu hadisə nəticəsində də ölən və yaralanan olmayıb.