Bəşər Əsədə bağlı qüvvələr İdlibi cənub istiqamətdən tank və top atəşinə tutub.
Qeyd edilir ki, bunun nəticəsində ciddi dağıntılar qeydə alınıb. Aramsız artilleriya zərbələri səbəbindən İdlibin cənub ərazilərindən Türkiyəyə doğru qaçqın hərəkətlənməsi başlayıb.
Teleqraf.com türk mediasına istinadən bildirir ki, Əsəd qüvvələri əsasən İdlibin cənubunda Maraat Numan rayonunun Çerçenaz, Lataniya və digər kəndlərini hədəf seçiblər.
Xatırladaq ki, Bəşər Əsədin bu hərəkəti Rusiya tərəfindən Türkiyənin İdlibdəki fəaliyyətinin nəticə vermədiyinə dair açıqlamasından sonra sistematik hal alıb.
Qeyd edilir ki, İdlibin cənub-qərb hissəsində Cisr el Şuğur qəsəbəsi və ətrafı da Əsəd qüvvələrinin raket hücumuna məruz qalıb.
Həmçinin Latamina, Kafr Zayta və Hiş kəndləri də artilleriya hədəfindədir.