11 Fevral 2019 14:36
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hələlik ölkəsinə geri qayıtmaq haqda düşünmür.

Teleqraf.com xəbər verir ki, o bu barədə Belçikada keçirilən beynəlxalq konfansda çıxışı zamanı bildirib.

Mixail Saakaşvili fikrini Gürcüstana qayıtmaq üçün şərtlərin uyğun olmaması ilə əsaslandırıb:

“Bu gün evə qayıtmaq üçün vəziyyət əlverişli deyil. Qarşıdakı həftələrdə və aylarda bu əlverişli imkanı hazırlamaq lazımdır. Çünki ölkəmizin dağılmasına kənardan baxmaq ağırdır”.

Mixail Saakaşvili Gürcüstanda kəskin siyasi dəyişiklik üçün hazır plana sahib olduğunu da açıqlayıb: “Təcili və kəskin dəyişiklik üçün planım var. Hələlik ölkə oliqarxların əlindədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər