12 Fevral 2019 01:35
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hərbi hissələrin birində müqaviləli əsasda xidmət edən 1985-ci il təvəllüdlü Mesrop Qriqoryan güllə yarasından ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində yazıb.

Ovannisyanın sözlərinə görə, hərbçinin ölümünün səbəbləri araşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan ordusunun hərbçisi Edqar Qriqoryan müəmmalı şəraitdə aldığı güllə yarasından ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər