Bu gün Polşada İran mövzusunda xarici işlər nazirləri səviyyəsində konfrans öz işinə başlayır.
Teleqraf.com xəbər verir ki, toplantıda Yaxın Şərq ölkələri iştirak edir.
Qeyd edeək ki, ABŞ dövlət katibi Mayk Pompeo yanvar ayında Yaxın Şərq turu zamanı İranın regiondakı fəaliyyətinin azaldılması məqsədilə zirvə görüşü təşkil ediləcəyini açıqlamışdı.
“Yaxın Şərqdə sülh və təhlükəsiz gələcəyi təşviq etmək üçün nazirlərin toplantısı” adlandırılan zirvə görüşündə İran məsələsinin müzakirə ediləcəyi gözlənilir.
İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi başda olmaqla Misir, İordaniya, Tunis kimi dövlətlərin xarici işlər nazirlərinin qatılacağı tədbirə 60-a yaxın ölkə dəvət olunub.
Türkiyədə anti-İran müzakirələrinə dəvət olunan ölkələr siyahısındadır. Ancaq bəlli olub ki, Ankara bu toplantıda iştirak etmək istəmir. Bu səbəbdən də Türkiyə Polşada keçirilən konfransa nümayəndə heyəti göndərməyib, orada aparılan müzakirələri isə Türkiyənin Varşavadakı səfiri müşahidəedəcək.
Bu toplantıdan əvvəl isə İsrail-İran xəttində aqressiv açıqlamalar özünü göstərib.
İran tərəfi elan edib ki, ABŞ ona hücum edərsə, Təl-Əviv və Hayfanı yer üzündən siləcək.
İsrail baş naziri Netanyahu isə buna cavab olaraq bildirib ki, əgər İran Təl-Əviv və Hayfanı yox etmək kimi bir işə girişsə, bunu bacarmaz: “Əvəzində bu onların indi qeyd etdikləri inqilabın sonuncu ildönümü ola bilər. Bunu hesaba almalıdırlar”.
Cavad