13 Fevral 2019 22:30
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Rusiyadan qaz idxalı ilə bağlı danışıqları davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya parlament komitəsinin iclasında çıxışı zamanı bildierib.

Nazir qeyd edib ki, qaz tədarükünün diversifikasiyası və optimallaşdırılması vacib təşəbbüsdür.

“Biz elə bir imkan yaratmaq istəyirik ki, qaz tədarükçüsü bir yox, birdən çox olsun. Şərtlərin yaxşılaşdırılması ilə bağlı danışıqlar aparırıq. Bu, çətin danışıqlardır və vaxt lazımdır”, - deyə o vurğulayıb.

Kobuliya nəticənin artıq bu ilin sonunadək əldə olunacağını istisna etməyib.

Qeyd edək ki, hazırda Gürcüstana təbii qaz, habelə neft və neft məhsullarının əsas tədarükçüsü Azərbaycanın SOCAR şirkətidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər