14 Fevral 2019 12:54
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələri Liviyanın cənubunu bombalayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ bu addımı Liviyada beynəlxalq aləmin tanıdığı legitim Milli Müqavimət Hökuməti ilə işbirliyi çərçivəsində atıb.

Məqsəd “Əl-Qaidə”nin hədəflərini məhv etmək olub.

Milli Müqavimət Hökumətinin sözçüsü Məhəmməd Sallaq faktı təsdiqləyib.

O deyib ki, bu, iki dövlətin ortaq əməliyyatıdır. Onun sözlərinə görə, ötən həftə ABŞ Dövlət katibi Pompeo ilə Milli Müqavimət Hökumətinin xarici işlər naziri Məhəmməd Sayala İŞİD-ə qarşı beynəlxalq koalisiyanın toplantısında bu haqda müzakirələr aparıb.


Müəllif: Cavad

Oxşar xəbərlər