ABŞ-ın İllinoys çtatındakı Avrora şəhərində "Henry Pratt" şirkətinə silahlı basqın olub.
Teleqraf.com xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 5 polis yaralanıb.
Şəhər polisinin məlumatına görə, basqınçı 45 yaşlı Qeri Marti də ölənlər arasındadır. O, on beş il çalışdığı şirkətdə bu yaxınlarda işdən azad olunub.
ABŞ Prezidenti Donald Tramp hadisə ilə bağlı tvit atıb: "İllinoysda, Avrorada təhlükəsizlik qüvvələri bacarıqla davrandı. Həlak olanlara və onların ailələrinə başsağlığı verirəm. Amerika sizinlədir!"