16 Fevral 2019 10:06
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur yumorist aktyoru Cem Yılmaz “Sizin üçün ideal sevgi nədir” sualına cavabda sevgilisi Dəfnə Samyelinə jest edib.

Teleqraf.com xəbər verir ki, Cem Yılmaz sualı bir müddətdir münasibətdə olduğu sevgilisinə yönəldib: “Onu Dəfnədən soruşmaq lazımdır”.

Daha sonra aktyor sözünə belə davam edib: “Münasibətlər bütövlükdə cinsi istəklər üzərində qurula bilməz. Yəni eşq həyatı onun üzərində bərqərar deyil. Daha təcrübəsiz insanlar bunu iddia edə bilər. Sevgi əsasdır, yoxsa seks? Mən indi bunu danışacaq yaşda deyiləm.

Cinsi mövzunu aradan götürdükdə təmiz, bir-biri ilə yola gedən insan axtarışında olursan. İndi gənclər deyəcək ki, sizin o yaşınız gəldi deyə belə deyirsiniz...”


Müəllif: Aytən