18 Fevral 2019 10:57
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin ən zəngin iş adamı Ceyms Ratkliffer Breksit səbəbindən bütün kapitalını Monakoya daşımaq qərarı verib. Milyarderin bu addımı İngiltərə üçün 4 milyard sterlinq vergi itkisi hesab olunur.

Teleqraf.com xəbər verir ki, hazırda milyarderin bu addımı İngiltərədə ciddi müzakirə olunur.

Ölkə mətbuatı qeyd edir ki, 21 milyard dollarlıq sərvəti ilə İngiltərənin ən zəngin şəxsi olan Ceymsin möhtəşəm malikanəsi və yaxtası var. Onun kimi milyarderlərin gedişi vergi itkisi baxımından ölkə iqtisadiyyatına ciddi zərər verəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər