Rusiyanın silah şirkəti olan Kalaşnikov son model pilotsuz uçan aparatını (PUA) təqdim edib.
Teleqraf.com xəbər verir ki, Abu Dabidə keçirilən İDEX-2019 Silah və Hərbi Ləvazimatlar sərgisində təqdim edilən dronun əsas özəlliyi kamikadze hücumlarında geniş istifadə edilən üstünlüklərə malik olmasıdır.
Kalaşnikovun duronları daha çox İkinci Dünya Müharibəsində yapon kamikadze pilotlarını xatırladır və onun 3 kiloqram bomba daşımaq imkanı var.
Hədəfə hücum edən dronlar ona dəyərək partlayır. Beləcə dronlar həm hədəfə gətirdiyi obyekti məhv edə, həm də ələ keçirildiyi zaman özünü partlada bilir.
Saatda 130 kilometr sürətlə hərəkət edən dron 30 dəqiqə havada qalır.