Ticarət mərkəzinə daxil olan pələng insanlarda dəhşətli qorxu yaradıb.
Teleqraf.com xəbər verir ki, qorxunc hadisə Hindistanın Maharaştra ştatındakı Korum ticarət mərkəzində yaşanıb.
Mərkəzə daxil olan pələngi ilk olaraq təhlükəsizlik əməkdaşları görüb və dərhal polisə xəbər verilib. Ticarət mərkəzinin açılışı mərasimindən bir neçə saat əvvəl bura daxil olan bəbir az sonra ərazini tərk edərək yaxınlıqdakı otellərdən birinə gedib.
Polislə birlikdə otelə gələn ovçular faciə yaşanmaması naminə pələngə atəş açıblar. Pələngin milli parkdan qaçdığı bildirilir.