Narkobaronun villası partladılıb.
Teleqraf.com xəbər verir ki, Kolumbiyanın məşhur narkotik baronu, dünyanın ən böyük mafiyalarından birini idarə etmiş Pobla Eskobarın paytaxt Boqotadakı iqamətgahı olan Monako binası 375 kiloqram partlayıcı ilə 3,2 saniyə ərzində partladılıb.
1980-cı illərdə narkotik ticarətinin və mafiyanın idarə olunduğu Monako iqamətgahı dünən yerli saatla 11:50-də partladılıb. Binanın partladılması və təmizlənməsi işinə 1500 nəfər səfərbər olunub.
Əlavə edək ki, Boqotaya səfər edən turistlər Eskobarın sonuncu iqamətgahı kimi tanınan Monoka iqamətgahında fotolar çəkdirir, bura qeyri-adi məkan kimi baxırlar.
Bu isə yerli əhali tərəfindən elə də xoş qarşılanmırdı.