Hindistanın şimal-qərbində yerləşən Assam əyalətində saxta spirtli içkidən ölənlərin sayı durmadan artır.
Teleqraf.com xəbər verir ki, 200-dən çox insan hazırda xəstəxanaların reanimasiya şöbələrində müalicə alır. 84 nəfər isə artıq vəfat edib.
Assam əyalətinin səhiyyə xidmətinin nümayəndəsi Bisva Sarma bildirib ki, xəstəxanada olanların əksəriyyətinin durumu kirtikdir.
Hindistanın digər əyalətlərindən həkimlər kömək məqsədilə Assama gəlib.
Qeyd olunur ki, 2011-ci ildə Qərbi Benqal Ştatında spirtli içki zəhərlənməsindən 172 nəfər ölüb.