30 Avqust 2014 18:31
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı yeni tədbirlər görməyə hazırlaşır. Belə ki, rəsmi Moskvaya yeni snksiyala tətbiq oluna bilər.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozuya istinad edərək özünün Twitter səhifəsində yazıb.

"Avropa İttifaqı ölkələri əlavə tədbirlər görməyə və sanksiyalar tətbiq etməyə hazırdır", - Poroşenko Barrozudan sitat gətirib.

Hazırda Brüsseldə səfərdə olan Poroşenko Avropa Komissiyasının Ukraynaya kömək etməsi ilə bağlı çoxlu siqnallar aldığını da bildirib.

Nihad


Müəllif:

Oxşar xəbərlər