İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, İnstaqram səhifəsində istefa verdiyini bəyan edərək "Çox sağ olun, üzr istəyirəm" ifadələrini işlədib.
İranın yarı rəsmi xəbər agentliyi "Fars" Zərifin istefası barədə məlumat yayıb.
Qeyd edək ki, İrana qarşı sanksiyaları aradan qaldıra bilmədikləri üçün Ruhani hakimiyyətinə qarşı ölkədə etirazlar güclənib. Bir müddət öncə sərt xətt tərəfdarı İnqilabi Qvardiyasının təqaüddə olan generalı Həsən Abbasi Kərəcdə çıxışı zamanı deyib ki, insanlar nüvə razılaşmasına görə küçələrdə Ruhaninin, Laricaninin və Zərifin üzlərinə tüpürəcəklər.