Fransada Sena-Sen-Deni departamentinin Rosni-su-Bua şəhərində yaşayış evində partlayış baş verib.
Teleqraf.com-un xəbərinə görə, dağıntılar altından həlak olan 8 yaşlı uşağın cəsədi çıxarılıb. Hadisə nəticəsində 11 nəfər yaralanıb.
Hadisə yerli vaxtla 08:00-da (Bakı vaxtı ilə 11.00) baş verib. Partlayışın səbəbi bəlli deyil.
Beşmərtəbəli evinbir hissəsi tamamilə dağılıb. Dağıntılar altında alanların sayı bəlli deyil. Hələlik 11 nəfər xilas edilib ki, onlardan 3-nün vəziyyəti ağırdır. Axtarış-xilasetmə işləri davam etdirilir.
Nihad