27 Fevral 2019 12:36
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Binyamin Netanyahu İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün Tvitter hesabında yazıb.

Netanyahu bildirib ki, İsrail hökuməti İranın kütləvi qırğın silahları əldə etməsinə heç vaxt imkan verməyəcək:

“Zərif getdi, onun əlindən canımız qurtardı. Nə qədər ki, burada mən varam, İran rejimi nüvə silahına yiyələnə bilməyəcək”.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif fevralın 26-da xarici işlər naziri postundan istefa verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər