28 Fevral 2019 22:58
2 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 27-də İranın ali rəhbəri Əli Xameneyi ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüş zamanı Ə.Xamneyi iki ölkəni “dost və tarixi əlaqələri olan ölkələr” adlandırıb. O, həmçinin rəsmi Tehranla İrəvan arasındakı mövcud dostluq, siyasi və iqtisadi əlaqələrin hər keçən gün daha da möhkəmlənməsini, eləcə də davamlı olmasını istəyib.

Ali rəhbər görüş zamanı Qərb əleyhinə də fikirlər səsləndirib və Amerikanı “İran-Ermənistan əlaqələrini korlamağa cəhd etməkdə” günahlandırıb və bildirib ki, “Amerikalıların istəklərinin əksinə olaraq, bütün sahələrdə əlaqələri davam etdirmək bizim vəzifəmizdir”. O, həmçinin Ermənistan da daxil olmaqla, qonşularla yaxşı əlaqələrin qurulmasının öz “islami vəzifə”ləri olduğunu deyib.

Ə.Xameneyi hazırda iki ölkə arasındakı münasibətlərin potensialını nəzərə alaraq, yüksək səviyyədə olmadığından narazılığını ifadə edib. Paşinyandan daha öncə prezident Həsən Ruhani ilə keçirdiyi görüş zamanı əldə edilmiş razılaşmalar və anlaşma memorandumlarının ciddi surətdə həyata keçirilməsini istəyib.
Qarabağ münaqişəsindən də danışan Ə.Xameneyi bu problemin “yalnız sülh yolu ilə” həll edilə biləcəyini bildirib.

Ə.Xamneyi İranda ermənilərə yaradılan yüksək şəraitdən danışıb və bildirib ki, “İran xalqı hər zaman erməni həmvətənlərinə sevgi və dostluq hissləri bəsləyir”.

N.Paşinyan da ermənilərə yaradılan yüksək şərait və verilən azadlığa görə Ə.Xameneyiyə təşəkkür edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər