Ukraynanın zirehli “BARC-8” hərbi avtomobilinin sınağı həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Nazirlər Kabineti məlumat yayıb.
“Bu avtomobil dünya standartlarına tam cavab verir. Avtomobildə ballistik raket sistemi quraşdırılıb”, - deyə məlumatda qeyd edilib.
Zirehli avtomobildən hərbi əməliyyatların, taktiki tapşırıqların yerinə yetirilməsində istifadə olunacağı bildirilir.