5 Mart 2019 20:45
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosmetika brendinin təsisçisi Kayli Cenner dünyanın ən gənc milyarderi seçilib.

Teleqraf.com xəbər verir ki, "Forbes" jurnalı onun gəlirlərinin bir milyard dolları ötdüyünü təsdiqləyib.

“Mən bunu gözləmirdim. Lakin, bu gözəl hissdir, gözəl nəticədir”, - 21 yaşlı K.Cenner deyib.

O həmçinin etiraf edib ki, öz sərvətinə görə sosial şəbəkələrə borcludur: biznesə başlamazdan əvvəl Kaylinin çoxlu izləyicisi var idi.

Kayli Cenner şəxsi kosmetika brendi “Kylie Cosmetics”i 2016-cı ildə təsis edib və indiyə qədər bir milyard dollar qazanıb.

Bununla da, o, ilk milyardını 23 yaşında qazanan “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqi qabaqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər