Pakistan və Hindistan arasında konflikt bölgəsi olan Kəşmirdə avtobus partladılıb.
Teleqraf.com xəbər verir ki, partlayış zamanı 18 nəfər yaralanıb.
Hindistanın NDTV kanalı xəbər yayıb ki, avtobusa bomba yerləşdirilməsi nəticəsində partladılıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.