ABŞ-ın Texas ştatının Hyuston şəhərində mağazanı qarət edən cinayətkarlardan biri pulları alt paltarında gizlədib.
Teleqraf.com xəbər verir ki, marketə daxil olan iki silahlı soyğunçu kassadakı pulları tələb edib.
Cinayətkarlardan biri ətrafa nəzarət edərkən digəri kassadakı pulları alt paltarına doldurmağa başlayıb.
Mağazadan sürətlə uzaqlaşan zaman oğrulardan birinin – pulu alt paltarına dolduranın şalvarı əynindən düşüb və oğurluq pulların bir hissəsi küçəyə səpilib.
Oğru pulları yerdən yığarkən hadisə yerinə toplaşan insanları silahla təhdid edib. Yaşanan dramatik hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.