Əlcəzair Prezidenti Əbdüləziz Buteflika uzun müddətdən sonra ilk dəfə televiziyada görünüb.
Teleqraf.com xəbər verir ki, Əbdüləziz Buteflika 5-ci dəfə prezidentliyə namizədliyini geri götürməsindən sonra istefa verən baş nazir Əhməd Uyahya ilə görüşüb.
Səhhətində yaranan problemlər səbəbindən uzun müddətdir ki, televiziya kanallarında görünməyən prezidentin istefa verən baş nazirlə bir araya gəlməsinin kadrları dövlət televiziyası ilə yayımlanıb.
Qeyd edək ki, bir müddətdir İsveçrədə müalicə alan 82 yaşlı prezident iki gün əvvəl Əlcəzairə qayıdıb.