16 Mart 2019 12:26
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Bürosu (FTB) İŞİD terror təşkilatının Əfqanıstanın şimalını “xilafət”in yeni mərkəzi elan etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, FTB başçısının köməkçisi Sergey Smirnov İŞİD-in bölgədə silahlı hücumlarının sayını artırdığını bildirib.

Onun sözlərinə görə, Suriya və İraqdakı ağır itkilərdən sonra terror təşkilatının “xilafət” üçün yeni müqavimət nöqtələri axtarışına başlamışdı:

“Hesab edirəm ki, İŞİD yaxın gələcəkdə regional təhlükəsizlik üçün ciddi təhdid ola bilər. İŞİD-lə yanaşı, Taliban və Özbəkistan İslam Hərəkatı da ölkələrimiz üçün ciddi təhlükə deməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər