BMT-nin insan haqları üzrə komissarı Mişel Baçalet Yəmənin Əl-Hadidə limanında atəşkəs elan edilməsinə baxmayaraq, bölgədə gündə ən azı 8 uşağın öldüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, BMT rəsmisi Yəməndəki vəziyyətin faciəvi olduğunu və təxminən 1 milyon yəmənli uşağın qida çatışmazlığı ilə üz-üzə qaldığını bildirib.
Qeyd edək ki, ötən il dekabrın 18-də koalisiya qüvvələri və qiyamçılar arasında atəşkəs anlaşmasının imzalanmasına baxmayaraq, Yəməndə silahlı qarşıdurmalar davam edir. Habelə ölkəyə humanitar yardımın edilməsinin qarşısı alınır.
Əl-Hadidə limanı isə Yəmənə humanitar yardımın çatdırılması üçün ən önəmli xətt sayılır.